FHN zəlzələ barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.
09:24 23.11.2024
Oxunuş sayı: 4304