Azərbaycanda iqtisadiyyatda dedollarlaşma meylləri artıb
Azərbaycanda iqtisadiyyatda dedollarlaşma meylləri artıb.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meylləri artıb: “Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28,5%-ə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir”.
12:58 19.11.2025
Oxunuş sayı: 970