Azərbaycan Mərkəzi Bankı sığorta agenti olan üç hüquqi şəxsə icrası məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agenti olan üç hüquqi şəxsə - "İNS Consulting", "Az İnvest Group" və "Azərbaycan geologiyası" MMC-lərə icrası məcburi sərəncam verib.
Crossmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində şirkətlərə "Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.
11:34 19.11.2025
Oxunuş sayı: 1035