Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir "Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq" devizi altında baş tutur.
Forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələrdə aktual trendlərin müzakirəsinə həsr olunub.
Tədbirdə dövlət qurumları, bank və maliyyə institutları, fintex ekosistemi, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.
09:29 19.11.2025
Oxunuş sayı: 1155