Hadisə

DSX-dən əməliyyat: sərhədi pozanlar zərərsizləşdirildi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Divizyasının sərhədçiləri Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç sərhəd pozucusunu zərərsizləşdirib.

Crossmedia.az xəbər verir ki, bu barədə DSX-nın Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov məlumat verib.

O deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.

Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.

Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.

09:05 22.11.2024

Oxunuş sayı: 4846

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR