Gənclər və İdman

Ölkəmizi Avropa Kubokunda 8 karateçi təmsil edəcək

Karatenin fullkontakt kyokuşin növü üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərinə yola düşüblər.

Crossmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığma yarışda 8 idmançı ilə təmsil olunacaq. Karateçilər baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev isə ədaləti qoruyacaq.

Qeyd edək ki, Avropa Kubokunda ilk üç yeri tutan karateçilər dünya çempionatına lisenziya qazanacaqlar.

14:40 21.11.2024

Oxunuş sayı: 6193

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR