Babək Quliyev Türkiyə - Ukrayna matçının hakim-inspektoru olacaq
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə Crossmedia.az-a AFFA-dan bildirilib.
Məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.
H qrupunun qarşılaşması İstanbulda yerləşən "Kasımpaşa Recep Tayyip Erdoğan" stadionunda baş tutacaq.
19:03 10.11.2025
Oxunuş sayı: 1201