Azərbaycan Basketbol Liqasında VI turun daha bir matçı keçirilib
Azərbaycan Basketbol Liqasında VI turun daha bir matçı keçirilib.
Crosmedia.az xəbər verir ki, son oyun günündə "Şəki" "Abşeron"u qəbul edib.
Şəki Olimpiya İdman Kompleksində keçirilən görüşdə qonaqlar 104:79 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sumqayıt" "Lənkəran"ı 98:94, – "Sərhədçi" "Quba"nı – 86:82, "Ordu" "Naxçıvan"ı 100:76, "Gəncə" NTD-ni 90:78 hesabı ilə məğlub edib.
16:45 09.11.2025
Oxunuş sayı: 1501