Paşinyan: Ermənistan və Türkiyə arasında sərhədlərin açılması sadəcə zaman məsələsidir
Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən 8-ci Sülh Forumu çərçivəsində çıxışı zamanı bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi artıq geriyə dönməz mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələnin zamanla həll olunacaq bir prosesidir.
Bu barədə Crossmedia.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bunun nə vaxt baş verəcəyini dəqiq deməsə də, əmin olduğunu bildirib ki, elə bir vaxt gələcək ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quraraq “normal qonşulara” çevriləcəklər.
“Bizdə artıq sülh var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, bütövlükdə regionumuz üçün tarixi dəyişiklikdir.
Əminəm ki, Ermənistan Respublikasının xalqı indiyədək əldə etdiklərimizi dəstəkləyəcək. Mən şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”, – deyə Paşinyan əlavə edib.
Türkanə Məşədiyeva
10:51 30.10.2025
Oxunuş sayı: 1484