Rusiyanın Ukraynaya hücumu nəticəsində 17 nəfər yaralanıb
Oktyabrın 30-na keçən gecə Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə kombinə edilmiş hücum həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, şəhər və ətraf ərazilərə azı 20 pilotsuz uçuş aparatı buraxılıb, həmçinin 8 raket zərbəsi endirilib.
Fedorov bildirib ki, hücum nəticəsində infrastruktur obyektinə və yataqxanaya zərbə dəyib. Yataqxananın bir neçə mərtəbəsi dağılıb.
Son məlumata görə, hücum nəticəsində 11 nəfər yaralanıb. Yaralananlar arasında 3–6 yaş arası 6 uşaq da var.
Fatimə Məmmədova
10:10 30.10.2025
Oxunuş sayı: 1586