Paşinyan: Ermənistan xalqı sülh prosesini dəstəkləyəcək
Paris şəhərində keçirilən sülh konfransında Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edərək, Azərbaycanla sülhə hazırlaşmağa və hökumətin bu istiqamətdə atdığı addımları dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Paşinyan çıxışı zamanı bildirib ki, Ermənistan Respublikasının vətəndaşlarının indiyədək əldə olunan nəticələri və sülh gündəliyini dəstəkləyəcəklərinə inanır.
“Əminəm ki, Ermənistan xalqı bu günə qədər əldə etdiklərimizi dəstəkləyəcək. Mənə heç bir şübhə yoxdur ki, ölkə vətəndaşları sülh gündəliyinə və sülh prosesinə dəstək göstərəcəklər,” – deyə baş nazir vurğulayıb.
Xumar Emilqızı
10:06 30.10.2025
Oxunuş sayı: 1640