Tramp Si Cinpinlə danışıb
Tramp Çin Sədri Si Cinpinlə danışıqlar apardı.
Crossmedia.az xəbər verir ki, Tramp görüşü “əla” adlandırdı və bir çox vacib qərarların qəbul edildiyini bildirdi. O, Çinlə ticarətə qoyulan və fentanil qaçaqmalçılığına görə tətbiq edilən idxal rüsumlarını yarıbayarı – 10%-ə qədər azaltdığını dedi.
ABŞ Prezidenti əlavə etdi ki, Si Cinpin Ukrayna münaqişəsinin həlli məsələsində kömək etməyə söz verib.
Tramp onu da qeyd etdi ki, Çin tərəfi ilə çip istehsalı məsələsini müzakirə edib və bundan sonra Çin “NVIDIA şirkəti ilə danışacaq”.
Səbiyyə Zayirova
09:46 30.10.2025
Oxunuş sayı: 1377