"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sərgisi açılıb
"Nine Senses" İncəsənət Mərkəzində tanınmış Azərbaycan rəssamı Ramina Səadətxanın yeni əsərlər seriyasını təqdim edən "Od, Su və Öpüşlər" sərgisinin təntənəli açılışı olub.
Crossmedia.az xəbər verir ki, sərgidə Azərbaycan incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar, kolleksiyaçılar, diplomatlar, jurnalistlər və müasir incəsənətə dəyər verən əcnəbilər iştirak ediblər.
R.Səadətxan Əzim Əzimzadə adına İncəsənət Kollecinin və Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunudur. Onun yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri ilə birləşir.
Rəssamın yeni əsərlər seriyası onun ruhu təmizləyən və bədənin dilini daha yaxşı başa düşməyə kömək edən fundamental prinsiplər və elementlər - od və su üçün poetik axtarışlarını əks etdirir.
Sərgi "For Azerbaijan" təşkilatının dəstəyi ilə müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş "Art Weekend" proqramı çərçivəsində keçirilir.
R.Səadətxanın ekspozisiyasının "Uomo Natura" adlı birinci hissəsi hazırda "Sea Breeze" İncəsənət Mərkəzinin finalında nümayiş olunur.
21:29 29.10.2025
Oxunuş sayı: 1655