Lavrov: Avropa ABŞ-nin Ukrayna məsələsində razılaşmadan imtina etməsinə çalışır
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki , NATO ölkələrinin rəhbərləri ABŞ-ni Ukrayna məsələsində razılaşmadan imtina etməyə bütün gücləri ilə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
O bildirib ki, Ukraynada silahlı münaqişəni məhz Avropanın NATO üzvləri uzadır, Kiyev rejimini silahlandırır, ona maliyyə və siyasi dəstək göstərirlər: "Ümid edirik ki, ABŞ prezidenti hələ də Ukrayna böhranının həllinə səmimi şəkildə can atır və Ankoric sammitində işlənib hazırlanmış prinsiplərə sadiq qalacaq. Həmin prinsiplər də ABŞ-nin təklifləri əsasında hazırlanmışdı, — deyə Rusiya xarici işlər naziri Minskdə keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.”
Fatimə Eynullazadə
15:09 28.10.2025
Oxunuş sayı: 1210