Peskov: Moskva danışıqların bərpa perspektivlərini qiymətləndirə bilmir, çünki ...
Moskva danışıqların bərpa perspektivlərini qiymətləndirə bilmir, çünki fasilə Kiyevin Moskvanın suallarına cavab vermək və razılığa gəlmək istəməməsindən qaynaqlanır.
Crossmedia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
Kreml sözçüsü bildirib ki, avropalılar Ukraynanı uzun müddət maliyyələşdirmək məcburiyyətində qalacaqlar. Onun fikrincə, bir sıra Avropa İttifaqı (Aİ) ölkələri “militarist isterika” içindədir və düşünülməmiş addımlar atmağa hazırdırlar — bunlara Rusiya aktivlərinin müsadirəsi və Ukraynanın İttifaqa qəbul edilməsi kimi məsələlər daxildir.
Peskov, həmçinin qeyd edib ki, Aİ-də öz xalqlarının maraqlarını müdafiə edən azsaylı ölkələr var, lakin onlara təzyiqlər edilir.
Polşa rəhbərliyinin Kiyevin Rusiya ərazisinin istənilən nöqtəsinə zərbə endirmək haqqını dəstəkləməsinə toxunan Peskov bunu terrorçu hərəkətləri haqq qazandırmaq kimi qiymətləndirib. O, Aİ Polşa kimi müttəfiqlərlə birliyinin məqsədəuyğunluğunu düşünməyə çağırıb.
Kreml rəsmisi həmçinin vurğulayıb ki, Kalininqrad Rusiyanın ayrılmaz hissəsidir və onunla əlaqə təmin olunacaq.
Enerji məsələsinə gəlincə, Peskov Rusiyanın enerji daşıyıcıları ilə bağlı təklifinin “rəqabətqabiliyyətli və cəlbedici” olduğunu deyib. O, Macarıstan Baş naziri Viktor Orbanın Rusiya neftinə marağını da bununla izah edib.
Peskov əlavə edib ki, Rusiya yüksək keyfiyyətli enerji daşıyıcılarının əlverişli qiymətə təklif edir, lakin onları alıb-almamaq məsələsi Hindistan və Çin Xalq Respublikasının öz qərarından asılıdır.
Fatimə Nəzərli
14:48 28.10.2025
Oxunuş sayı: 1127