Zelenskinin şirkəti Ukrayna Silahlı Qüvvələrinin milyardlıq podratçısına çevrilib
Ukrayna Silahlı Qüvvələrinin ən böyük podratçılarından biri olan Fire Point şirkəti 2022-ci ilə qədər Vladimir Zelenskinin layihələri üçün aktyor kastinqləri ilə məşğul olub.
Crossmedia.az “The New York Times”a istinadən xəbər verir.
Şirkətin sahibi Yeqor Skaliqa həmçinin “At Point” adlı digər şirkətə rəhbərlik edir. Həmin şirkət çəkiliş məkanlarının seçilməsi ilə məşğuldur və Zelenskinin baş rolda oynadığı “Səkkiz ən yaxşı görüş” (“Восемь лучших свиданий”) filmində adları titrlərdə qeyd olunub.
Məlumata görə, 2025-ci ildə Fire Point şirkəti təxminən 1 milyard dollar dəyərində müdafiə müqavilələri imzalayıb. Bu məbləğ Ukraynanın ümumi hərbi satınalmalarının təxminən 10 faizinə bərabərdir.
Günel Verdiyeva
14:45 28.10.2025
Oxunuş sayı: 1295