Pezeşkian İƏT-in Xankəndidə keçirilən sammitindən danışıb
Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Daxili İşlər Nazirlərinin 4-cü iclasında çıxış edən İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın təşkilata üzv ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pezeşkian çıxışında Xankəndidə keçirilən son İƏT sammitini region dövlətlərinin həmrəyliyinin və birgə fəaliyyət əzminin rəmzi kimi qiymətləndirib. O, vurğulayıb ki, bu cür tədbirlər regionda sülh, təhlükəsizlik və davamlı inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı sərhədlərin idarə olunması, qeyri-qanuni miqrasiyanın və insan alverinin qarşısının alınması, eləcə də narkotik qaçaqmalçılığı, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələrdə İƏT ölkələrinin birgə səylərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Prezident həmçinin məhkəmə orqanları arasında əməkdaşlığın zəruriliyinə diqqət çəkərək regionun xarici müdaxilələr və təhlükələrlə üzləşdiyini bildirib.
Nigar Yahyazadə
14:36 28.10.2025
Oxunuş sayı: 1223