Akif Aşırlı: Crossmedia.az-ın hazırladığı müsahibələr çox maraqlıdır
Akif Aşırlı: Cross Media mənim mütəmadi olaraq diqqət yetirdiyim bir saytdır
Analitik İnformasiya Portalı – Crossmedia.az-ın fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza müxtəlif sahələrdən təbriklər daxil olmağa davam edir.
"Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Crossmedia.az-ın 1 yaşı ilə bağlı fikirlərini bölüşüb: “Crossmedia.az mənim ən çox izlədiyim, mütəmadi olaraq diqqət yetirdiyim bir saytdır. Cəmi bir il ərzində ölkə mediası içərisində seçilən bir media quruluşuna çevrilib. Orada gənclərin, xüsusilə də tələbələrin çalışıb təcrübə qazandıqları bir yaradıcılıq məkanı formalaşıb. Hesab edirəm ki, çox bacarıqlı bir komanda yaranıb.Crossmedia-da həm ölkə daxilində, həm də ölkə xaricində baş verən hadisələr izlənilir. İnformasiyalar və xəbərlər mütəmadi yenilənir, şərhlər verilir. Müsahibələriniz çox maraqlıdır. Xüsusilə, müxtəlif millət vəkilləri ilə hazırlanan müsahibələr diqqətçəkicidir. Onların bir çoxu media mühitində o qədər də tanınan simalar olmasalar da, siz onları cəmiyyətə tanıdırsınız, fikirlərini və düşüncələrini çatdırırsınız. Bu, müsbət haldır. Crossmedia.az- bir yaşı münasibətilə təbrik edirəm! Düşünürəm ki, növbəti illərdə daha geniş və cəlbedici informasiyalarla ölkə ictimaiyyətini tanış edəcək, yeni yaradıcılıq uğurlarına imza atacaq. Arzu edirəm ki, fəaliyyətinizin davamı olsun!”
Fidan Qarayeva
13:44 28.10.2025
Oxunuş sayı: 1550