STM-in departament müdiri: Crossmedia.az ölkəmizin keçdiyi tarixi yolun salnaməsini yaradıb
                                            Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri , Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli də Crossmedia.az-ı təbrik edib: "Crossmedia.az, əlbəttə ki, Azərbaycan mediasında öz dəsti-xəttini formalaşdırmış, peşəkar bir kadr bazası ətrafında qurulmuş internet resursudur. Crossmedia.az-ın bir ili əslində Azərbaycanın son bir ilinin media dilində ifadəsidir. Bu sayt təkcə xəbərləri çatdırmaqla kifayətlənməyib, həm də ölkəmizin keçdiyi tarixi yolun salnaməsini yaradıb".
Ekspertin sözlərinə görə, Crossmedia.az Azərbaycanın beynəlxalq arenada qazandığı uğurların və regional aktor kimi artan rolunun media məkanında təfsirini verən vacib bir platformadır: “Sizin fəaliyyətinizin arxasında milli mövqe, düşüncə istehsalı və milli maraqlara xidmət dayanır. Gənc, enerjili və ideyalarla zəngin bir kollektiv kimi ölkə mediasına verdiyiniz töhfə təqdirəlayiqdir".
Ə. Əlibəyli sonda redaksiyamıza uğurlar arzulayıb: “Sözün xidmətində dayanmaq dünyanın ən çətin, amma ən şərəfli işidir. Siz tarixin bir hissəsinə çevrilirsiniz. Arzum budur ki, bu ‘bir’in ardınca çoxlu sıfırlar yazılsın".
Mehriban Yariyeva
13:18 04.11.2025
Oxunuş sayı: 2920