Deputatdan Crossmedia.az-a təbrik: Komandanız peşəkarlıq nümayiş etdirir
Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb: "Crossmedia-nın bütün əməkdaşlarını ürəkdən təbrik edirəm. Bir yaşınız mübarək! Bu bir il ərzində Crossmedia.az ilə çox yaxından əməkdaşlıq etməyim mənim üçün də sevindirici oldu. Zaman-zaman cəmiyyətimizi, xalqımızı narahat edən müxtəlif mövzularla bağlı şərhlərimi sizin platformada bölüşmüşəm və düşünürəm ki, Crossmedia.az həm sualların düzgün qoyuluşunda, həm də sonrakı mərhələdə şərhlərin hazırlanıb dərc olunmasında peşəkarlıq nümayiş etdirir. Bu, əlbəttə ki, bu çox yaxşı bir haldır. İnformasiya axınlarının geniş miqyas aldığı bir şəraitdə medianın bu müstəvidə özünə yer tutmağı və mövqeyini qoruyub saxlamağı olduqca çətindir. Məncə, Crossmedia.az bu bir il ərzində bunun öhdəsindən uğurla gəlib".
O bildirib ki, bu uğurun əsas səbəbi komanda üzvlərinin peşəkar jurnalistlər olması və güclü komanda ruhu sərgiləməsidir: "Sizə bundan sonrakı fəaliyyətinizdə də böyük uğurlar arzulayıram. Arzum budur ki, birin yanına iki sıfır da əlavə edib yüz yaşınızı da qeyd etmənizi arzulayıram. Əminəm ki, Crossmedia.az özünəməxsus dəst-xəttini bundan sonra da daha da inkişaf etdirəcək.
Bir daha təbriklər!".
Fidan Qarayeva
13:14 28.10.2025
Oxunuş sayı: 1736