Parlamentaridən Crossmedia-ya təbrik: Bacarıqlı jurnalist kollektiviniz var
Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb: "Cəmi bir illik fəaliyyətinizə baxmayaraq, artıq tanınan media qurumlarından birisiniz. Gündəlik aktual məsələlərə və maarifləndirici mövzulara göstərdiyiniz diqqət, eləcə də bacarıqlı jurnalist kollektiviniz var və işıqlandırdığınız məsələlər cəmiyyət üçün böyük maraq doğurur. İnanıram ki, bu xəttlə davam etsəniz, yaxın zamanda ölkənin aparıcı informasiya portallarından birinə çevriləcəksiniz. Sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".
Fidan Qarayeva
12:03 28.10.2025
Oxunuş sayı: 1695