Lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.
Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.
10:11 28.10.2025
Oxunuş sayı: 1016