Papoyan: Azərbaycan və Ermənistan rəqib deyil, bir-birini tamamlayan tərəfdaş ola bilər
Ermənistan və Azərbaycan xarici ticarətdə “bir-biri ilə rəqabət aparmaq yox, bir-birini tamamlaya bilər”, – deyə iqtisadiyyat naziri Gevork Papoyan erməni KİV-lərinə bildirib.
O qeyd edib ki, həm müəllif, həm də həmmüəllifi olduğu iki ölkə arasında ticarətin perspektivlərinə dair məqalə hazırlayıb və bu məqalə yaxın zamanda elmi jurnallardan birində dərc olunacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq formatının yaranması regionda uzunmüddətli sülhə də töhfə verə bilər.
Papoyan qeyd edib ki, özü və həmmüəllifi birgə elmi tədqiqat işi apararaq Ermənistan və Azərbaycan arasında potensial ticarət əlaqələrinin perspektivlərini araşdırıblar. Nazir vurğulayıb ki, həmin məqalə yaxın vaxtlarda nüfuzlu elmi jurnallardan birində dərc ediləcək. Məqalədə aparılan təhlillər göstərib ki, Azərbaycanın ixrac etdiyi məhsulların mühüm hissəsi Ermənistanın idxal ehtiyaclarına uyğundur, eyni zamanda Ermənistanın istehsal etdiyi bəzi mallar da Azərbaycan bazarında tələb olunan kateqoriyalara daxildir.
“Xüsusilə göstərmişik ki, Azərbaycanın ixracatının əhəmiyyətli hissəsi bizim idxal ehtiyaclarımıza, eyni zamanda bizim məhsullarımız Azərbaycanın tələbatına uyğun gəlir. Yəni biz rəqabət aparmırıq, əksinə bir-birimizə çoxlu sayda məhsul sata bilərik”, – deyə nazir vurğulayıb.
Türkanə Məşədiyeva
20:16 27.10.2025
Oxunuş sayı: 1771