Yaponiyada ilk dəfə türk əsilli şəxs nazirilkdə vəzifə alıb
Yaponiyada ilk dəfə türk əsilli şəxs dövlət vəzifəsinə təyin edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, atası uyğur, anası isə özbək və türk əsilli olan Arfiya Eri Yaponiyada parlament üzvü seçilib və yeni hökumət kabinetində xarici işlər nazirinin köməkçisi və nümayəndəsi vəzifəsinə gətirilib.
Bu təyinat Yaponiyada çoxmədəniyyətli təmsilçiliyin artması baxımından tarixi addım kimi qiymətləndirilir.
Günel Verdiyeva
19:42 27.10.2025
Oxunuş sayı: 1405