“Vaqner”ə bağlı təyyarə Venesuelaya enib
“Aviakon Tsitotrans” aviaşirkətinə məxsus “İl-76TD” tipli hərbi nəqliyyat təyyarəsi naməlum yük ilə Venesuelaya eniş edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təyyarə 22 oktyabrda Rusiyadan havaya qalxaraq Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniya üzərindən hərəkət edib. Qeyd edək ki, şirkət 2023-cü ilin yanvarından ABŞ-ın “Vaqner”ə qarşı sanksiya siyahısında yer alır.
18:45 27.10.2025
Oxunuş sayı: 1343