Tehranda İran və Çin arasında strateji münasibətlər müzakirə olunub
İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Çinin Tehrandakı səfiri Zonq Peyvu ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər, regional proseslər və ABŞ-ın müxtəlif bölgələrdəki müdaxilələrini müzakirə ediblər.
Vilayəti İran-Çin əlaqələrinin qarşılıqlı hörmət və siyasi müstəqillik prinsiplərinə əsaslandığını, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini vurğulayıb.
Səriyyə Tağıyeva
18:28 27.10.2025
Oxunuş sayı: 1565