Tramp İlon Maskla münasibətlərinin yaxşı olduğunu təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında biznesmen İlon Maskla münasibətlərinin yaxşı olduğunu bildirib.
Crossmedia.az-ın məlumatına görə, Tramp qeyd edib ki, Mask prezidentin komandasında işləməkdən çıxandan sonra yaranan mübahisəyə baxmayaraq, ona qarşı xoş münasibətini qoruyub.
“İlonla hər şey qaydasındadır. Mən İlona xoş baxıram. O, həmişə mənim xoşuma gəlmişdir. O yaxşı və çox bacarıqlı bir insandır”, – deyə Tramp Yaponiyaya uçuş zamanı bildirib.
Prezident əlavə edib ki, vaxtaşırı Maskla əlaqə saxlayır.
Nastya Qəniyeva
15:57 27.10.2025
Oxunuş sayı: 1430