Bağça müəllimlərinin işə qəbul üzrə keçid balı açıqlanıb
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.
Keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.
12:50 27.10.2025
Oxunuş sayı: 907