Qulu Məhərrəmli: Crossmedia.az jurnalistika fakültəsinin tələbələri üçün praktik baza rolunu oynayır
Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb:
“Bu gün Azərbaycanın informasiya məkanı kəmiyyət baxımından çox zəngindir. Lakin keyfiyyətli materiallara böyük ehtiyac var. Plüralizmə, fərqli fikirlərə, sosial insan həyatı ilə bağlı xəbərlərə tələbat var. Xüsusilə qeyd etmək istəyirəm ki, Crossmedia.az saytı bu məsələləri diqqətdə saxlayır. Bu, çox müsbət tendensiyadır. Bir il media qurumu üçün hələ böyük yaş sayılmasa da, ayaqda qalmaq və tanınmaq baxımından kifayət qədər əhəmiyyətli müddətdir. Arzulayıram ki, Crossmedia.az daha geniş oxucu auditoriyasına malik olsun. Onun kiçik, lakin zəhmətkeş kollektivinə uğurlar diləyirəm. Bu platforma, eyni zamanda, jurnalistika fakültəsinin tələbələri üçün praktik baza rolunu oynayır. Bu baxımdan bizim üçün daha doğmadır. Crossmedia.az komandasını səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Türkanə Məşədiyeva
19:15 25.10.2025
Oxunuş sayı: 4234