Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara yeddi min manatdan çox ziyan dəyib
Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
18:00 24.10.2025
Oxunuş sayı: 1032