Rusiya–Ermənistan dialoqunda “Tramp marşrutu” məsələsi müzakirə olunur
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, “Tramp marşrutu”nun Sünik (Zəngəzur) bölgəsindən keçməsi məsələsi Rusiya–Ermənistan dialoqunda yüksək səviyyədə müzakirə olunur.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Kopırkin qeyd edib ki, Ermənistan rəhbərliyinin bəyanatlarına əsasən, bu məsələ yalnız ABŞ ilə müzakirə olunur, lakin mövzu regionun sabitliyi və inkişafı baxımından əhəmiyyətlidir və Rusiyanın dialoqunda da öz əksini tapır.
Səfir əlavə edib ki, Moskva real sülhün təmin olunması, vəziyyətin stabilləşdirilməsi və regionun inkişafı olan bütün addımları dəstəkləyir. “Tramp marşrutu”nun fəaliyyəti ilə bağlı isə Rusiya daha konkret məlumat və mexanizmləri gözləyir.
Bundan başqa, Kopırkin vurğulayıb ki, Rusiya–Ermənistan münasibətləri daha yetkin səviyyəyə çatır, lakin problemlərin həlli üçün hər iki tərəfdən irəliləyiş lazımdır. O, Ermənistanın Avrasiya İqtisadi Şurasında fəal iştiraka maraq göstərdiyini bildirərək, Moskvanın bu sahədə də dəstək verməyə hazır olduğu qeyd olunub.
Mehriban İbrahimli
17:48 24.10.2025
Oxunuş sayı: 821