Prezident Ərdoğan: Türkiyə Rusiya və ABŞ liderlərinin sammitinə ev sahibliyi etməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya və ABŞ liderlərinin sammitinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Crossmedia.az-ın TRT Haber-ə istinadən verdiyi məlumata görə
Ərdoğan jurnalistlərə açıqlamasında deyib:
“Türkiyənin, xüsusilə də İstanbulun Ukrayna məsələsində sülh baxımından əhəmiyyəti yenidən önə çıxıb. Biz istənilən vaxt (Ukrayna üzrə danışıqları) təşkil etməyə hazırıq. Təəssüf ki, Budapeştdə görüş baş tutmadı. Biz inanırıq ki, hər bir dialoq bu müharibənin sona çatmasına xidmət edəcək. Başlanğıcdan bəri biz bunun üçün çalışır, ədalətli sülh imkanlarını ortaya qoymuşuq. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və biz hər iki tərəfin etimadını qazanmış ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və biz bu vəziyyətdən insanlıq naminə istifadə etməyə qərarlıyıq.”
Prezident Ərdoğan bu sözləri Fars körfəzi ölkələrinə səfərindən qayıdarkən jurnalistlərin Rusiya və ABŞ liderləri arasında mümkün danışıqlar və İstanbul danışıqlarının gələcəyi barədə sualına cavab olaraq deyib.
17:44 24.10.2025
Oxunuş sayı: 733