Pezeşkianın naziri qalmaqala səbəb oldu
İranda nəqliyyat və şəhərsalma naziri, hökumətdə yeganə qadın nazir olan Fərzanə Sadiqi ətrafında böyük qalmaqal yaranıb.
Crossmedia.az xəbər verir ki, “Şimal–Cənub” layihəsi ilə bağlı Bakıda keçirilən danışıqlardan sonra nazir Tehrana avtomobillə qayıtmaq qərarına gəlib. Lakin Ərdəbilə çatdıqdan sonra o, təyyarə ilə uçmaq istəyib və hava limanında təhlükəsizlik yoxlamasından keçməkdən imtina edib. Bu zaman onunla hava limanı əməkdaşları arasında mübahisə yaranıb və Sadiqi onlara “hava limanını bağlatdıracağı” ilə hədələyib.
Ertəsi gün hava limanının direktoru işdən azad edilib və bu qərar mətbuatda böyük reaksiyaya səbəb olub. Mühafizəkar dairələr naziri qaydalara hörmətsizlikdə ittiham ediblər, islahat tərəfdarları isə bu hadisəni qadın nazirə təzyiq kimi qiymətləndiriblər.
Əsas sual isə qalmaqala səbəb olan, yoxlanılmamış çanta ətrafında cəmləşib. Onun içində nə olduğu hələ də məlum deyil: bəziləri sənəd olduğunu, digərləri şəxsi əşyalar olduğunu iddia edir.
Fatimə Nəzərli
16:18 24.10.2025
Oxunuş sayı: 1325