Özbəkistan və Aİ genişlənmiş tərəfdaşlıq sazişi imzaladı
Özbəkistan və Avropa İttifaqı genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Sənədi Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
Mərasim Brüsseldə, Avropa Şurasının qərargahında, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Avropa İttifaqı liderlərinin iştirakı ilə baş tutub.
Fatimə Eynullazadə
16:16 24.10.2025
Oxunuş sayı: 1080