Putin Trampın səbr kasasını doldurdu: ABŞ hərəkətə keçdi
ABŞ dövlət başçısı Donald Trampın ikinci prezidentlik müddətində Rusiyaya qarşı ilk sanksiyaları tətbiq etmək qərarı Ukraynaya yeni hücumlara reaksiya kimi verilib. Bunu Ağ Evdəki mənbələr bildirir.
Crossmedia.az The Wall Street Journal-a istinadən məlumat verir ki, prezidentin səbr kasası Putinin hücumları davam etdirərək vaxtı uzatdığını anladığı anda dolub. Xüsusilə Xarkovda uşaq bağçasına raket zərbəsi endirilməsi və dağıntıların görüntüləri bu qərarın kulminasiya nöqtəsi olub.
Tramp hesab edib ki, Moskva onun Putinlə telefon danışığından sonra əldə olunmuş irəliləyişi puça çıxarıb və buna görə “orta səviyyəli” sanksiyalar paketini imzalayıb. Sanksiyalar “Rosneft” və “Lukoyl” şirkətlərini əhatə edir. Ona dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Hegset dəstək verib.
ABŞ-ın keçmiş xüsusi nümayəndəsi Kurt Volkerin sözlərinə görə, Tramp “Putinin onun planlarını dəstəkləməməsindən məyusdur” və bu addım gələcək danışıqlar üçün hələ də müəyyən imkan saxlayır.
Fatimə Nəzərli
16:15 24.10.2025
Oxunuş sayı: 773