Yaponiya müdafiə büdcəsinin artıracaq
Yaponiyanın yeni baş naziri müdafiə xərclərinin artırılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaichi parlamentdə hökumətin ilk proqram çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hökumət ÜDM-in 2 faizi həcmində müdafiə xərclərinə çatmaq hədəfini planlaşdırılandan daha tez – 2026-cı ilin martında başa çatan cari maliyyə ili ərzində reallaşdıracaq.
Takaichi vurğulayıb ki, 2022-ci ilin dekabrında qəbul edilən üç əsas milli təhlükəsizlik sənədindən sonra dünyada təhlükəsizlik mühiti ciddi şəkildə dəyişib və “Yaponiyanın müdafiə imkanlarını köklü surətdə gücləndirməsi” zəruridir.
Türkan Kərimli
16:07 24.10.2025
Oxunuş sayı: 1119