Ukrayna üçün ədalətsiz nəticə
Carnegie Fondunun baş elmi əməkdaşı Kristofer Çivvis The Guardian üçün yazdığı məqalədə bildirib ki, müharibənin dayandırılması naminə Ukrayna və Qərb Donbasın Rusiyaya verilməsi imkanını nəzərdən keçirməlidir.
Onun fikrincə, sanksiyalar və silah tədarükü Moskvanı kapitulyasiyaya məcbur etməyəcək.
Crossmedia.az xəbər verir ki, “Lukoyl” və “Rosneft”ə qarşı yeni məhdudiyyətlər, F-16 qırıcılarının və “Tomahawk” raketlərinin verilməsi belə müharibənin gedişatını dəyişməyə qadir deyil. Ekspert yazır ki, Rusiya sanksiyalara uyğunlaşıb və Çinin dəstəyi onların təsirini zəiflədir.
Çivvis hesab edir ki, “qələbəyədək hərbi təzyiq” ideyası bir illüziyadır və danışıqlar güzəştlər tələb edəcək. O etiraf edir ki, Donbasın verilməsi Ukrayna üçün “ədalətsiz nəticə” olacaq, lakin bunu uzunmüddətli müharibə ilə müqayisədə “daha az zərərli seçim” adlandırır.
Fatimə Nəzərli
15:43 24.10.2025
Oxunuş sayı: 1105