Moskva: Hazırkı cəbhə xəttində atəşkəs Rusiyanın maraqlarına uyğun deyil
Rusiya hazırkı cəbhə xətti üzrə atəşkəs variantını nəzərdən keçirmir.
Bu barədə Crossmedia.az “Vedomosti” qəzetinin verdiyi məlumata istinadən xəbər verir.
Belə bir addım münaqişəni sadəcə donduracaq və onun əsas səbəblərini daha da gücləndirəcək.
Moskva hesab edir ki, bu halda Ukrayna Qərbdən genişmiqyaslı hərbi yardım almaqda davam edəcək və NATO ilə əlaqələrini daha da möhkəmləndirəcək.
“Rus dili və kanonik pravoslav kilsəsinə qarşı təzyiqlər” daha da artacaq.
“Vedomosti”nin məlumatına görə, diplomatik irəliləyiş perspektivi yalnız Rusiya qoşunlarının cəbhədə uğur qazanması halında mümkün ola bilər.
Mehriban İbrahimli
15:42 24.10.2025
Oxunuş sayı: 974