İlon Mask “Optimus” adlı insanabənzər robotlardan ibarət “milyonluq ordu”nun yaradılacağını açıqlayıb
“Tesla” şirkətinin rəhbəri İlon Mask investorlarla görüş zamanı “Optimus” adlı insanabənzər robotlardan ibarət “milyonluq ordu” yaratmaq planlarını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə “Tesla” üzərində nəzarətin və şirkətin gələcək istiqamətinin bu robotların təsiri altında qalmasından narahatdır. Mask bildirib ki, o, “şirkət üzərində güclü təsirə malik olmadan robot ordusu yaratmaqdan narahatdır”.
İlon Mask həmçinin qeyd edib ki, “Optimus” humanoid robotunun seriyalı prototipi 2026-cı ilin fevral–mart aylarında hazır olacaq.
Sevinc Yarməmmədova
15:39 24.10.2025
Oxunuş sayı: 1926