Rəşad Məcid: Crossmedia.az-ın gənc əməkdaşlarına rəğbətim var

Crossmedia
Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində
redaksiyamıza təbriklər artıq daxil
olmağa başlayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid təbrikində bildirib: “Bu günkü dövrdə yeni mətbuat orqanı yaratmaq baxdıqda asan proses kimi görünə bilər. Amma əslində bu, böyük məsuliyyətdir. Crossmedia saytının bir yaşı tamam olur. Bu bir il ərzində onun gənc əməkdaşları tez-tez mənə müraciət ediblər, müxtəlif mövzularla bağlı suallar ünvanlayıblar. Həm sualların məzmunu, həm də çatdırılma forması məndə bu gənclərə qarşı rəğbət yaradıb".
R. Məcid,
həmçinin vurğulayıb ki, saytın komandası peşəkarlıq və təşəbbüskarlıq baxımından fərqlənir:
“Onların bir çoxunu
tanıyıram, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil
alıblar. Həm saytın əməkdaşlarını, həm də rəhbərliyini qarşıdan gələn bir yaş
münasibətilə təbrik edirəm”.
Sonda
o, Crossmedia.az komandasına gələcək fəaliyyətlərində davamlı uğurlar və
uzunömürlülük
arzulayıb: “Bir yaş qısa müddətdir, amma əsas olan
başlanğıcdır. Arzulayıram ki, Crossmedia-nın 5, 10 və daha çox illərini qeyd edək.
Uğurlar, bir daha təbrik edirəm!”
Fatimə Hacıəliyeva
12:23 22.10.2025
Oxunuş sayı: 1373