I sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır.
Crossmedia.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.
Bildirilib ki, qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
12:29 15.10.2025
Oxunuş sayı: 705