COP29 sədrliyi "Bakıdan Belene" yol xəritəsi üzrə yenilənməni təqdim edib

Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 zamanı Bakıda COP30 sədrliyi ilə birgə başladılmış "Bakıdan Belenə 1,3 trilyon dollara doğru" yol xəritəsi üzrə yenilənməni təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, COP29 sədrliyinin nümayəndə heyəti Braziliyada Pre-COP30-da iştirak edir.
"Sədrlər inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin maliyyələşdirilməsini 2035-ci ilədək azı 1,3 trilyon dollara çatdırmaq ilə bağlı yol xəritəsinin hazırlanması məqsədilə bütün maraqlı tərəflərlə aparılan məsləhətləşmə prosesinin inklüziv xarakterini vurğulayıblar", - məlumatda qeyd olunub.
17:12 14.10.2025
Oxunuş sayı: 1049