Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib




Oktyabrın 13-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.
Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən iclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri də qatılıblar.
İclas çərçivəsində 2027–2030-cu illərdə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlar, strateji fəaliyyət istiqamətləri və Tədbirlər Planı ətraflı şəkildə müzakirə olunub.
İclas zamanı sözügedən İşçi Qrupun üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə təkliflər təqdim olunub, mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
15:19 14.10.2025
Oxunuş sayı: 1428