Nazir müavini: Təhsil tələbə kreditlərindən istifadə edənlərin 54%-i qadındır

Təhsil tələbə kreditlərindən istifadə edənlərin 54%-i qadındır.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu çərçivəsində təşkil edilən panel müzakirə zamanı deyib.
O bildirib ki, Təhsil Tələbə Krediti Fondu vasitəsilə ödənişli təhsil alan tələbələr kreditlər əldə edərək öz təhsil haqlarını ödəyə bilirlər:
"Bu kreditlərdən istifadə edən tələbələrin 54%-i qadındır. Bu isə göstərir ki, övladlarımıza, xüsusilə də qızlarımıza təhsil sahəsində imkanlar yaratmaq istiqamətində mühüm addımlar atılıb".
12:40 14.10.2025
Oxunuş sayı: 1380