Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılışı olub

Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılışı olub.
Crossmedia.az xəbər verir ki, açılış mərasimi Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində həyata keçirilib.
Mərasimdə iki ölkənin nazir müavinləri, nazirlik əməkdaşları, eləcə də elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərli Milli Kitabxanada Türkmənistan guşəsinin açılmasını iki ölkə arasındakı mədəni bağların güclənməsinə xidmət edəcəyini bildirib.
Türkmənistan mədəniyyət nazirinin müavini Nürsəhet Şirimov isə iki ölkə arasında bu əməkdaşlığın davamlı olacağınına inamını ifadə edib.
Daha sonra guşə ilə tanışlıq olub.
12:32 14.10.2025
Oxunuş sayı: 902