Mingəçevir Dövlət Universitetində müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsinə start verilib






Mingəçevir Dövlət Universitetində (MDU) “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramına başlanılıb. Layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Crossmedia.az -ın məlumatına görə, universitetdən bildirilib ki, proqramın məqsədi universitet əməkdaşlarının dil biliklərini inkişaf etdirmək, onları müasir tədris metodları ilə tanış etmək və beynəlxalq təhsil mühitinə inteqrasiyasını gücləndirməkdir.
Təlim proqramı çərçivəsində müraciət edərək seçilmiş 40 nəfər MDU əməkdaşı və müəllimi 7–9 oktyabr tarixlərində keçirilən səviyyə imtahanlarında iştirak edirlər. İmtahanların təşkili və keçirilməsi “British Council” təşkilatının nümayəndələri tərəfindən təmin olunur.
Səviyyə imtahanlarının nəticələrinə əsasən, iştirakçılar ingilis dili bilik səviyyələrinə uyğun qruplara bölünərək 6 ay müddətində, ümumilikdə, 160 akademik saatlıq təlim proqramına qoşulacaqlar. Təlimlər hibrid formatda (əyani və onlayn) və ödənişsiz şəkildə həyata keçiriləcək.
16:47 08.10.2025
Oxunuş sayı: 909