Sabirabadda yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədilə qaçırdı
Sabirabadda 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Məlumata görə, rayon sakini olan 17 yaşlı oğlan 14 yaşlı qızı evlənmək məqsədilə özü ilə aparıb.
Hadisə ilə bağlı oktyabrın 1-də Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hər iki yeniyetmə oktyabrın 2-də tapılaraq ailələrinə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
14:45 06.10.2026
Oxunuş sayı: 61