Muxtar Babayev: Azərbaycan 2040-cı ildə iqlim dayanıqlılığına uyğun ölkəyə çevriləcək

Azərbaycan 2040-cı ildə iqlim dayanıqlılığına uyğun ölkəyə çevriləcək.
Crossmedia.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan şəhər nəqliyyatının optimallaşdırılması ilə də iqlim dəyişikliyinə öz töhfəsini verməkdədir:
"Azərbaycanda metronun inkişafı, bu sahədə bir çox addımların atılması iqlimə müsbət təsirsiz ötüşməyəcək. Necə ki, elektrik mühərrikli avtobuslarla səmərəliliyi artırmışıq, bunu digər nəqliyyat vasitəsilərində də tətbiq edəcəyik".
14:36 01.10.2025
Oxunuş sayı: 834