Premyer Liqa: "Neftçi" "Karvan-Yevlax"la heç-heçə edib

Misli Premyer Liqasının VI turunda "Neftçi"
"Karvan - Yevlax"la qarşılaşıb.
Crossmedia.az xəbər verir ki,
"Neftçi Arena"da baş tutan görüş heç-heçə nəticələnib.
Qarşılaşmada
qapılara qol vurulmayıb. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən
"Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5
xalla 10-cu yerdədir.
Qeyd
edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə,
"Şamaxı" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.
"Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.
22:53 27.09.2025
Oxunuş sayı: 784