La Liqa: "Atletiko" "Real Madrid"i darmadağın edib

İspaniya La Liqasının VII turu çərçivəsində
"Atletiko Madrid" doğma meydanda "Real"ı darmadağın edib.
Crossmedia.az xəbər verir
ki, Metropolitano" stadionunda keçirilən Madrid
derbisi 5:2 hesabı ilə başa çatıb.
Qaliblərin qollarını Robin Le Norman (14-cü dəqiqə),
Aleksander Sorlot (45+3), Xulian Alvares (50, penalti; 64) və Antuan Qrizmann
(90+4) imza atıblar. "Real Madrid"in heyətində Kilian Mbappe (25)
və Arda Gülər (36) fərqləniblər.
"Real Madrid"
mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Xabi Alonsonun yetirmələri bundan
əvvəl İspaniya çempionatında altı dəfə, Çempionlar Liqasında bir dəfə qalib
gəlib.
"Real Madrid" 18
xalla turnir cədvəlinə başçılıq edir. "Atletiko Madrid" dördüncü
pilləyə yüksəlib, Dieqo Simeonenin komandası 12 xala malikdir. "Real
Madrid" növbəti turda oktyabrın 4-də "Vilyarreal"ı qəbul edəcək,
"Atletiko Madrid" ertəsi gün səfərdə "Selta" ilə
qarşılaşacaq.
Komandalar gələn həftə
Çempionlar Liqasında da çıxış edəcəklər.
21:22 27.09.2025
Oxunuş sayı: 933